Yıldırımdan şad xəbər: Bir neçə aydan sonra...

Bir neçə aydan sonra ölkə iqtisadiyyatı üzərindəki qara buludlar dağılacaq.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib.

"Ölkəmiz aydın sabahlara daha qəti addımlarla irəliləyəcək. Biz bu çətinliklərlə ilk dəfədir qarşılaşmırıq. Daha əvvəl də Türkiyəni bu şəkildə çökdürməyə çalışıblar. Amma hər dəfə millətimizin duası və dəstəyi ilə bunun öhdəsindən gəlmişik. Heç kim narahat olmasın, bu dəfə də elə olacaq", - Yıldırım bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31