Putinin reytinqi şişirdilib - Rabinoviç

Rusiya Prezidenti Vladimir Putinin reytinqi şişirdilib.

Bunu "Apostrof" saytına müsahibəsində rusiyalı ekspert Slava Rabinoviç deyib.

"Rusiyada hazırda sərt avtoritar və hətta totalitar rejim mövcuddur. Belə şəraitdə ictimai fikir çox şərti xarakter daşıyır. Belə rejimdə normal sosiologiya mümkün deyil. Putinin reytinqi əslində mövcud olandan 1,5-2 dəfə azdır. Ölkənin götürdüyü kursu dəstəkləməyən insanların sayı isə 1,5-2 dəfə çoxdur", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31