ABŞ İraqdan hərbi mövcudluq üçün izn istəməyib - Salehi

ABŞ Prezidenti Donald Tramp İraqdan İranın müşahidəsi üçün ölkədə hərbi mövcudluğunun saxlanılmasına icazə istəməyib.

Bunu İraq Prezidenti Bərham Salehi deyib. Onun sözlərinə görə, İraq hökuməti bundan sonra da ABŞ-dan hərbi qüvvələrinin sayı və onların missiyası ilə bağlı izahat gözləyəcək.

Qeyd edək ki, Tramp bundan öncə İranı İraqda hərbi mövcudluqlarını qoruyub saxlamaqla müşahidə etdiklərini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31