Navalnının hamisi Putinin aşpazıdır? – Şok fotolar
4 Fevral 2019 12:02 DünyaRusiyalı müxalif siyasətçi Aleksey Navalnı gizli şəkildə biznesmen, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşpazı" adlandırılan Yevgeni Priqojinlə görüşüb.
Bu məlumat Teleqram sosial şəbəkəsində rusiyalı aktivistlər tərəfindən yayımlanıb. Məlumata görə, görüş Sankt-Peterburqun Vasilyevsk adasında yerləşən "Sokos" otelinin altıncı mərtəbəsində baş tutub. Görüş saat 13:00-da başlayıb. Görüş bitdikdən sonra Navalnı öz avtomobilinə minərək ərazini tərk edib, Priqojin isə piyada öz evinə yollanıb.
Artıq yaşanan skandala Navalnı da cavab verib. O, həqiqətən bu oteldə olduğunu, amma Priqojinlə görüşmədiyini deyib. Müxalifətçi oteldə qaldığı müddət ərzində onu və komandasını kameraların "izlədiyini" bildirib. Navalnı niyə belə görüntünün yayımlanmasına aydınlıq gətirməkdə çətinlik çəkdiyini deyib:
"90-cı illər bizə təkcə qatil senatorlar və polis bölmələrində cəza simasında yox, həm də "qara piar" formasında geri dönüb. Bunu niyə etdikləri çox çətin məsələdir".

