Suriya qoşunları Menbiçdə təlimə başladı
4 Fevral 2019 11:43 DünyaSuriyanın hökumət qoşunları Menbiç yaxınlığında kürdlərin azad etdiyi ərazilərdə postların yaradılmasına və təlimlərə başlayıb.
Bu barədə Suriya ordusunun polkovniki Həsən Abdul danışıb.
"Bu rayonda möhkəmlənmə qurğularının yaradılması ilə bağlı mühəndis işləri aparılır. Təlimlər burada və digər postlarda davam etdirilir, çünki zərbə istənilən istiqamətdən gələ bilər. Bizim Türkiyə ilə də sərhədimiz mövcuddur. Bundan əlavə, ərazidə müxtəlif qruplaşmalara aid çox sayda döyüşçü var. Ancaq biz hadisələrin istənilən inkişafına hazırıq və torpaqlarımızı heç kimə verməyəcəyik", - Abdul bildirib.
Qeyd edək ki, bir qədər əvvəl kürd qüvvələri Menbiçin idarəsini könüllü şəkildə Suriyanın hökumət qoşunlarına təhvil vermişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31