Türkiyənin “Vahid Türk Dövləti” planı: Rusiya hərəkətə keçir?

2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində “Türk bölmələri”nin yaradılması planlaşdırılıb.

2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində "Türk bölmələri"nin yaradılması planlaşdırılıb.

Bu məlumat Teleqram sosial şəbəkəsindəki "Silahsız" kanalında yayımlanıb.

"Məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır. Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub", - deyə Teleqram kanalında bildirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31