Rus gənclər Rusiyadan qaçır - Sorğu
4 Fevral 2019 11:35 DünyaRusiyanı tərk etmək istəyən 18-24 yaş arasındakı gənclərin sayı 41%-ə çatıb.
Bu nəticə "Levada Çentr" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ölkəni tərk etmək istəməyənlər daha çox 55 yaşdan yuxarı insanlardır. Bu insanların cəmi 5%-i Rusiyada yaşamaq istəmədiklərini vurğulayıb.
Ümumilikdə bütün yaş qruplarından ölkəni tərk etmək istəyənlərin sayı əhalinin 17%-ni təşkil edib.
Şirkət həmçinin ölkəni daha çox şəhər əhalisinin tərk etməyə cəhd etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31