Rusiyanın Tacikistandakı hərbi bazasında partlayış baş verib
4 Fevral 2019 11:12 DünyaTacikistanın Mərkəzi hərbi dairə komissiyası və hüquq-mühafizə orqanları Rusiya hərbi bazası ərazisində mülki şəxsin hansı şəraitdə həlak olmasını müəyyənləşdirir.
İlkin məlumata görə, qadağan olunmuş poliqon ərazisinə daxil olmuş naməlum şəxs metall qırıntıları axtaran zaman partlamamış döyüş sursatının partlaması nəticəsində ölüb.
Hadisənin baş verdiyi 201-ci hərbi baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir. O, 2042-ci ilə qədər Tacikistanda mövcud olacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31