İraqda zəvvarlar minaya düşüblər, ölən və yaralananlar var

İraqın Balad şəhərində zəvvarları aparan avtobus yol kənarındakı minaya düşərək partlayıb.

Bu barədə mənbələrə istinadən "Al Sumaria" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Təhlükəsizlik orqanları hadisə yerinə yollanıblar, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31