İranda kosmik mərkəzdə yanğın olub, 3 alim ölüb
4 Fevral 2019 11:08 Dünyaİranda Kosmik Araşdırma Mərkəzindəki yanğın nəticəsində 3 alim ölüb.
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Nəqliyyat və İnformasiya və Texnologiyaları naziri Məhəmmədcavad Azeri-Cehromi bildirib.
Onun sözlərinə görə, yanğının səbəbi hələlik məlum deyil.
Nazir bildirib ki, yanğın 1979-cu il fevralın11-də baş vermiş inqilabın 40-cı ildönümü ilə bağlı keçirilən tədbirdə baş verib.
Qeyd edək ki, yanvarın 15-də İran "Peyam" ("Mesaj") adlı yerli istehsal olan süni peyki kosmosa buraxmışdı, ancaq peyk qəzaya uğramışdı.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31