Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq
23 Yanvar 2019 11:25 Dünya"Çin ABŞ-ın borc öhdəlikləri bazarına qoyulan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır".
Bu barədə ölkənin Dövlət Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan Sinhay Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdir.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Çin 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahibdir və ABŞ-ın ən böyük xarici kreditorudur.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31