23 bölgə ayağa qalxdı: "Rusiya zibil qutusu deyil!" - Etirazlar dalğası
23 Yanvar 2019 10:16 DünyaRusiyanın 23 regionunda zibil islahatına qarşı etiraz aksiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, fevralın 3-nə təyin olunmuş etiraz aksiyası ilə bağlı müraciətlərin bəzisinə artıq müsbət cavab verilib.
"Rusiya zibil qutusu deyil" şüarıyla nəzərdə tutulan mitinq təşəbbüsünə Moskva, Sankt-Peterburq, Tatarıstan, Arxangelsk, Rostov, Tombov, Novosibir, İrkutsk, Tümen kimi nüfuzlu vilayət və diyarlar qoşulub.
Qeyd edək ki, Rusiyada 1 yanvar 2019-cu ildən zibilin daşınması qaydaları dəyişidirilib, tariflər yüksəldilib və bu iş yerli orqanların öhdəsinə buraxılıb.
Dəyişikliklə bağlı əvvəllər də etiraz aksiyası keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31