Timoşenko rəsmən namizəd oldu

Ukraynanın "Batkivşina" Partiyası Yuliya Timoşenkonun namizədliyini irəli sürüb.

Bu barədə qərar partiyanın bu gün keçirilən

"Böyük ölkə - mənim hədəfim budur və bu addımımdan geri çəkilməyəcəyəm. Buna görə də bu gün prezidentliyə namizədliyimi irəli sürdüm", - Timoşenko bildirib.

Qeyd edək ki, Yuliya Timoşenko bununla 3-cü dəfə namizədliyini irəli sürür. O, 2010-cu ildə cəmi 3,48% səs fərqi ilə Viktor Yanukoviçə uduzmuşdu. 2014-cü ildə isə Timoşenko indiki prezident Pyotr Poroşenkoya qalib gələ bilməmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31