Avropa Komissiyası "MasterCard"ı cərimələyib
22 Yanvar 2019 17:22 DünyaAvropa Komissiyası (AK) "MasterCard" ödəmə sisteminə Avropa bazarındakı üstün mövqeyindən sui-istifadə hallarına yol verdiyi üçün cərimə tətbiq edib.
Bu barədə AK-nın bəyanatında göstərilir.
"Avropa Komissiyası "MasterCard" ödəmə sistemini bazardakı üstün mövqeyindən sui-istifadə hallarına, Avropa biznes qurumları üçün vahid bazar daxilindəki alternativ və daha sərfəli xidmətlərdən yararlanmaq imkanlarını məhdudlaşdırdığına görə 570,567 milyon avro məbləğində cərimələyib", - bəyanatda deyilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31