Türkiyənin Televiziya və Radioyayım üzrə Ali Şurasının rəhbəri istefa verdi

Türkiyənin Televiziya və Radioyayım üzrə Ali Şurasının rəhbəri İlhan Yerlikaya istefa verib.

Onun istefasının səhhəti və ailə problemləri ilə bağlı olduğu bildirilib.

Yaxın günlərdə Türkiyə Prezidenti tərəfindən boş qalmış həmin vəzifəyə təyinat olacağı gözlənilir.

Qeyd edək ki, İ.Yerlikaya 2015-ci ildən Türkiyənin Televiziya və Radioyayım üzrə Ali Şurasının rəhbəri vəzifəsini tutub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31