Rusiyanın bombardmançısı qəzaya düşdü

Rusiyanın Murmansk vilayətində Tu-22M strateji bombardmançı təyyarəsi qəzaya düşüb.

Bu məlumatı TASS agentliyi yayıb. Təyyarənin aerodroma eniş zamanı qəzaya düşdüyü bildirilib.

Təyyarənin Moskva vaxtıyla 13:40-da qəzaya düşdüyü vurğulanıb. İnsident zamanı təyyarənin komandir və şturmanının sağ qaldığı açıqlanıb.

Komandir müavini və operator haqqında hələlik heç bir məlumatın olmadığı bildirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31