Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atıb
22 Yanvar 2019 15:28 DünyaKansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.
Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü "xüsusi gün" adlandırıb.
Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.
Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.
Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: "Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31