Leyboristlər Partiyası "Brexit" ilə bağlı təkrar referendumun keçirilməsi tərəfdarıdır

Böyük Britaniyanın Leyboristlər Partiyası ölkənin Avropa İttifaqındakı (Aİ) üzvlüyünə dair ikinci referendum keçirilməsi barədə düzəlişini parlamentə təqdim edib.

Təklif gələn həftə səsə qoyula bilər.

Referendumla yanaşı, millət vəkilləri partiyanın "Brexit" ilə bağlı alternativ planına dair də səs verəcəklər. Plana görə, "Brexit"dən sonra Böyük Britaniya Aİ Gömrük İttifaqında qalaraq təşkilatın vahid bazarı ilə sıx əlaqələrini davam etdirəcək. Həmçinin vətəndaş və istehlakçı hüquqları da Aİ standartları ilə uzlaşdırılacaq.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin təqdim etdikləri düzəliş sayəsində "Brexit" məsələsinin dirəndiyi dalandan qurtulacağını, "fəaliyyətsizlik xaosu"nun ortadan qaldırılacağını deyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31