Demokratlar Trampı istefaya göndərmək istəyir
3 Yanvar 2019 17:47 DünyaNümayəndələr Palatasında demokrat çoxluğun lideri Nensi Pelosi prezident Donald Trampın istefaya göndərilə biləcəyini deyib. O, bu addımın zamanla veriləcəyini əlavə edib.
"Biz siyasi motivlər əsasında impiçment elan etməli deyilik. Amma mümkün olduğu qədər bu imkandan da faydalanmalıyıq".
Pelosi Trampın impiçment olunub-olunmayacağını Robert Millerin "rus izi" ilə bağlı araşdırmasının yekunlaşmasından sonra verəcəklərini dilə gətirib.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31