Ana oğlunun qəbrinin üstündə donaraq öldü
3 Yanvar 2019 17:14 DünyaMoskvanın Krasnoarmeysk rayonunun 59 yaşlı qadın sakini şəhər qəbiristanlığında ölü tapılıb.
Qadın oğlunun məzarını ziyarət etməyə gedib.
Faciəli hadisə barədə "REN TV" telekanalı məlumat yayıb.
Məlumata görə, qadını yaxınları oğlunun məzarı başında aşkar ediblər. Onlar təcili yardıma zəng edib, ancaq hadisə yerinə gələn tibb işçiləri ölüm faktını təsdiq etməli olublar. İlkin versiyaya görə, qadın donvurmadan dünyasını dəyişib.(teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31