Yelisey sarayının Mətbuat xidmətinin rəhbəri istefaya gedir
3 Yanvar 2019 16:17 DünyaYelisey sarayının Mətbuat xidmətinin və Fransa Prezidenti Emmanuel Makronun İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Silven For tutduğu vəzifələrdən gedir.
S.For "Le Parisien" qəzetinə açıqlamasında qərarını təsdiqləyib. Qəzetin vurğuladığına görə, onun Emmanuel Makron və əvvəllər dostu hesab edilən köməkçisi ilə münasibətlərinin pisləşməsi vəzifədən getməyə səbəb ola biləcək ehtimaldır.
Gedişiylə bağlı qərarını şərh edən S.For bundan sonra özünü ailəsinə həsr edəcəyini və istefasının yanvar ayının sonunda reallaşacağını bildirib.
For qeyd edib ki, Prezidentə tamamilə sadiq qalacaq və gedişi xüsusi əlaqələrinə təsir etməyəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31