Əsədi devirmək istəyən israilli komandirin - Sui-qəsd planı

Yanvarın 15-də İsrailin Baş Qərargah rəisi vəzifəsini Qadi Eyzenkotdan təhvil alacaq Aviv Koçavi yəhudi kəşfiyyatına rəhbərlik etdiyi illərdə Suriya Prezidenti Bəşər Əsədi devirməklə bağlı plan qurub.

Bu iddia ilə Səudiyyə Ərəbistanının "Əlaf" nəşri yəhudi rəsmilərə istinadən yazıb.

Nəşrə məlumat verən İsrail rəsmilərinin sözlərinə görə, Koçavi Əsədin Livanda Hizbullaha verdiyi dəstək səbəbindən sui-qəsd yolu ilə devrilməsini təklif edib. O, Əsədin bölgədə İranın mövqelərini gücləndirməsindən narahatlığını dilə gətirib. İsrail hökuməti isə "tanıdığımız düşmən tanımadığımızdan yaxşıdır" məntiqi ilə hərəkət edərək təklifə müsbət yanaşmayıb.

Qeyd edək ki, 1982-ci ildə ordu sıralarına qoşulan Koçavi demək olar ki, İsrail ordusunun bütün döyüşlərinə rəhbərlik edib. 2010-cu ilin noyabr ayından 2014-cü ilin sentyabrına kimi hərbi kəşfiyyata rəhbərlik edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31