Çinin “birləşmək” tələbinə Tayvandan cavab
3 Yanvar 2019 12:00 DünyaTayvan Çin liderinin "Bir ölkə, iki sistem" əsasında birləşmək təklifini rədd edib.
Bu barədə bəyanatı Tayvan Prezidenti Çay İnven yayıb. Onun sözlərinə görə, Çin artıq Tayvan Respublikasının mövcudluğu faktı ilə razılaşmalıdır.
Qeyd edək ki, dünən Çin lideri Si Szinpin Tayvanın Çinə birləşdirilməsi tələbiylə çıxış edib. O, Çinlə Tayvanın birləşməsinə heç bir güc və heç bir şəxsin mane ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, "Bir dövlət, iki sistem" anlayışı birləşmək üçün ən yaxşı yanaşmadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31