Mettisin varisi gizli toplantı keçirdi: Əsas hədəflər
3 Yanvar 2019 11:54 DünyaABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan hərbi xidmət rəhbərləri ilə qapalı görüşü zamanı Çinə qarşı siyasətin Pentaqon üçün prioritet olması gərəkdiyini bildirib.
Bunu "Military.com" saytı etibarlı mənbələrinə istinadən yayıb. Görüş zamanı Şanaxan Pentaqonun eks-rəhbəri Ceyms Mettisin hazırladığı milli müdafiə strategiyasının icrasına çalışacağını deyib.
Qeyd edək ki, ABŞ-ın yeni müdafiə strategiyası keçən ilin yanvarında yayımlanıb. Yeni strategiyada Çin və Rusiya ilə uzunmüddətli strateji rəqabətin Pentaqon üçün əsas prioritet olduğu vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31