Kudrin həqiqətlərin üstünü açdı: rusların real gəlirləri
3 Yanvar 2019 11:43 Dünya2018-ci ildə Rusiya əhalisinin gəlirlərinin real artımı 0.4 faizi keçməyib.
Bu sözləri Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.
Kudrin Tvitter hesabında Hesablama Palatasının 2018-ci ilin oktyabrında gəlirlərin real artımının 3.4 faiz təşkil edəcəyinin proqnozlaşdırıldığı infoqrafikanı paylaşıb.
İnfoqrafikaya əsasən, inflyasiya və ÜDM artım tempinin də proqnozlaşdırılan səviyyədə olmadığı müşahidə olunub. Belə ki, inflyasiya səviyyəsi oktyabrda proqnozlaşdırılan 2.7 faiz əvəzinə 4.2 faizə çatıb. ÜDM artım tempi isə 1.8 faiz əvəzinə 1.5 faizə bərabər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31