Kosmosdan polisə zəng gəldi – Astronavt səhvi
Hollandiyalı astronavt Andre Keypers kosmik stansiyadan səhvən polisə zəng edib. Bu barədə “Liyf” jurnalı informasiya yayıb.
3 Yanvar 2019 11:40 DünyaHollandiyalı astronavt Andre Keypers kosmik stansiyadan səhvən polisə zəng edib.
Bu barədə "Liyf" jurnalı informasiya yayıb.
Keypersin sözlərinə görə, astronavt Hyustondakı Kosmik Mərkəzlə əlaqə saxlamaq niyyətində olub. Bunun üçün isə kosmik stansiyadan 9011 nömrəsini yığmaq lazım gəlib. Bu zaman səhvə yol verən Keypers 911 nömrəsini yığıb. Növbəti gün polis əməkdaşları kosmik stansiya ilə əlaqənin yaradıldığı yerüstü stansiyaya gəliblər.
Keypers polislərin onun yanına "qalxmadığı" üçün məyus olduğunu bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31