Venesuela ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

Venesuelanın Xarici İşlər Nazirliyi(XİN) ABŞ-ı Latın Amerikasının digər dövlətlərinə qarşı təzyiq və şantajdan istifadə edərək Karakasın daxili işlərinə qarışmaqda ittiham edib.

XİN-in bəyanatı Amerikanın dövlət katibiMaykl Pompeonun Braziliyaya səfəri ilə əlaqədar edilib.

"Venesuela hökuməti ölkədəki mövcud rejimin devrilməsinə nail olmaq kimi zəhlətökən niyyətini həyata keçirmək üçün Latın Amerikası ölkələrinin Venesuela xalqına qarşı aqressiyasını artırmaq məqsədi ilə buradakı Vaşinqtona tabe olan hökumətlərə birbaşa təlimat vrməkdən ötrü öz xaotik fəaliyyəti çərçivəsində Latın Amerikasına gələn ABŞ-ın dövlət katibi Maykl Pompeonun müdaxiləçi davranışlarını qəti şəkildə rədd edir", - deyə məlumatda bildirilir.

Bəyanatda qeyd olunur ki, "Tramp administrasiyası region ölkələrinə qarşı təzyiq və şantajdan istifadə etmək yolu ilə Venesuelanın daxili işlərinə müdaxilə edir".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31