“Paşinyan hər şeyi etdi ki, İrəvan KTMT-dən çıxarılsın”

Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya-Ermənistan münasibətləri inkişaf etməyib.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

"Biz görürük ki, KTMT məsələlərində bu təşkilatdakı tərəfdaşlar arasında qarşılıqlı anlayış yoxdur. KTMT və Qarabağa münasibətlə bağlı razılaşma yoxdur. Sual ortaya çıxır. Niyə o, Moskvaya uçmuşdu? O, niyə dövlət vəsaitlərini xərcləyib? Moskvanı tez-tez ziyarət edən liderlərin üçlüyünə daxil olmaq və rekordçu olmaq üçünmü belə edib? Paşinyan hər şeyi edib ki, Ermənistan KTMT-dəki vəzifəsindən məhrum olsun".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31