İran hərbi müşavirlərini İraqdan çıxarıb
28 Dekabr 2018 17:51 Dünyaİran terrorçu İŞİD qruplaşması məğlub edildiyindən İraqdan bütün hərbi müşavirlərini çıxarıb.
Bunu İranın Bağdaddakı səfiri İrec Mescidi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İraqda terror təhlükəsi aradan qalxdığı və İŞİD-ə qarşı mübarizədə qələbə elan edildikdən sonra İran bütün hərbi müşavirlərini bu ölkədən çıxarıb: "Terrora qarşı mübarizəyə dəstək vermək üçün İraqdakı iranlı hərbi müşavirlərin hamısı vətənə qayıdıb".
Səfir ABŞ-ı bölgədə hərbçilərini saxladığı üçün tənqid edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31