Təcili yardım maşınına hücum edildi
28 Dekabr 2018 16:51 DünyaDekabrın 28-də Sankt-Peterburqda Moyka çayının sahilində naməlum şəxs təcili yardım həkiminə hücum edib.
Kadrlarda bir kişinin həkimi maşından düşürüb döyməsi əks olunub.
Təcili yardım maşınının sürücüsü davanı dayandırmağa tələsib.
Qeyd edilir ki, hadisə şənlikdən sonra baş verib.
"78.ru" portalının verdiyi məlumata görə, kişi çox içkili olduğu üçün həkimlər onu xəstəxanaya aparmağa gəliblər. Lakin sərxoş xəstəxanaya getməkdən imtina edərək dava salıb.
Sonda polis əməkdaşları sərxoş kişini saxlayıblar və hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31