Çavuşoğlunun Rusiyaya səfər tarixini Ərdoğan açıqladı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.

Səfər barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyəli lider qeyd edib ki, naziri Rusiyaya səfəri zamanı ölkə kəşfiyyatının başçısı Hakan Fidan müşayiət edəcək.

Dövlət başçısı qeyd edib ki, M.Çavuşoğlunun Rusiyaya səfəri zamanı əsas müzakirə mövzusu Suriya böhranı olacaq.

Qeyd edək ki, daha öncə nazirin Rusiyaya səfər edəcəyi və səfərin ilin sonuna qədər baş tutacağı qeyd edilmişdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31