Kral Cübeyri Putinə görə istefaya göndərdi

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr Rusiyanın təsiri ilə vəzifəsindən azad edilib.

Bu iddia ilə "Vaşinqton Eksaminer" qəzeti çıxış edib.

"Moskva çalışır ki, ABŞ-ın yerinə Səudiyyə Ərəbistanının müttəfiqi olsun. Ruslar istəyirlər ki, səudiyyəlilər Rusiya iqtisadiyyatına yatırım etsinlər, Moskva isə bunun əvəzində Ər-Riyadın fəaliyyətinə göz yumsun. Kreml bu istiqamətdə müəyyən uğurlar qazanıb. Məhəmməd bin Salman ABŞ-ın yaxın müttəfiqi olsa da, Moskva hər şeyə rəğmən özünü Vaşinqtonun yerinə Ər-Riyada daha etibarlı tərəfdaş kimi göstərməyə çalışır", - deyə qəzet bildirib.

Qeyd edək ki, Cübeyr Qərblə əlaqələrin əsas tərəfdarlarından biri sayılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31