Keçmiş prezidentin ölkədən çıxışına qadağa qoyuldu
28 Dekabr 2018 14:17 DünyaPakistanın keçmiş prezidenti Asif Əli Zardarinin ölkəni tərk etməsinə qadağa qoyulub.
Bu barədə informasiya naziri Favad Çaudhri İslamabadda jurnalistlərə açıqlamasında bildirib. Zardari və bacısı Faryal Talpur da daxil olmaqla 172 nəfər saxta bank hesablarından istifadə edərək çirkli pulların yuyulmasında təqsirli bilinirlər.
Qeyd edək ki, Zardari 2008-2013-cü illərdə prezident olub.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31