Sudanda aksiyalar davam edir — 19 ölü, 397 yaralı
28 Dekabr 2018 13:14 DünyaSudanda hökumət əleyhinə davam edən aksiyalarda ölənlərin sayı 19-a çatıb. Daha 397 nəfər isə xəsarət alıb.
Bu barədə ölkənin İnformasiya naziri Başar Arur bildirib.
Daha əvvəl isə "Amnesty International" polislə toqquşma zamanı 37 nümayişçinin öldüyünü vurğulayıb.
Qeyd edək ki, Sudanda etirazlar ötən həftədən başlayıb. İlk olaraq küçələrə Qedarev və Atraba şəhərinin sakinləri çıxıb. Bir sıra şəhərlərdə artıq fövqəladə vəziyyət elan edilib. Aksiyalara ölkədə çörəyin qiymətinin qalxması səbəb olub.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31