Ən uzaq kosmik cism tədqiq ediləcək

Amerikanın "New Horizons" zondu tezliklə insanların tədqiq etdiyi ən uzaq kosmik cismə yaxınlaşacaq.

Bu hadisə 2019-cu ilin 1 yanvar tarixində baş verəcək.

Söhbət Neptunun orbitindən uzaqda yerləşən "2014 MU68" səma cismindən gedir. Yerdən olan məsafə 6.5 milyard kilometrdir. NASA yaxınlaşma günü canlı yayım edəcək. Alimlərin sözlərinə əsasən, "Ultima Thule" 30-40 km radiusu olan asteroiddir.

Ehtimal edilir ki, missiya zamanı Koyper qurşağında başqa obyektə də yaxınlaşılacaq. Çünki "New Horizons"un yanacaq ehtiyatı ən azı 2026-cı ilə qədər kifayət edəcək.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31