Mişel Obama ən “heyranedici qadın” seçildi

BŞ-ın keçmiş birinci xanımı Mişel Obama "Amerikanın ən heyranedici qadını" tituluna layiq görülüb.

Obama  keçmiş dövlət katibiHillari Klintonun 17 illik titulunu əlindən alıb.

"Gallup" analitik təşkilatının apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən, amerikalıları ən çox valeh edən qadınların siyahısında Klinton üçüncü yerə qədər geriləyib. Qaradərili "tok-şou" ulduzu Ofra Uinfri isə ikinci yeri tutub.

Ən heyranedici kişilərin reytinqində keçmiş ABŞ prezidentiBarak Obama artıq ardıcıl 11 ildir ki, heç kimə güzəştə getmir. Hazırkı Ağ Ev rəhbəri Donald Tramp isə ikinci yerdə göstərilib. Tramp artıq dördüncü ildir ki, bu titulu əlində saxlayır.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31