500 mindən çox kompüter bu virusa yoluxdu
28 Dekabr 2018 12:36 Dünya2017-ci ildə 300 mindən çox kompüterə zərər vurmuş "WannaCry" adlandırılmış təhlükəli virus 100 minlərlə qurğuda aşkar edilib.
Bu haqda "Twitter" bloqunda "KryptosLogic" şirkətinin təhlükəsizlik və təhdidlərin təhlili bölməsi rəhbəri Ceymi Henkins deyib.
Şirkətin mütəxəssisləri bir gün ərzində 220 min yoluxdurulmuş kompüterdən göndərilmiş 3 milyon sorğu qeydə alıblar. Mütəxəssislər bir həftə ərzində 194 ölkədə 640 min qurğudan göndərilmiş 17 milyondan çox sorğu müşahidə ediblər.
Sözügedən virusa yoluxmuş ən çox qurğu Çin, Rusiya, Hindistan, İndoneziya və Vyetnamda qeydə alınıb.
Cari ilin noyabrında kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər "WannaCry" virusunu planetdə ən geniş yayılmış fırıldaqçı proqram təminatı adlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31