14 yaşlı gürcüstanlı Suriyada öldürülüb
28 Dekabr 2018 12:04 DünyaHazırda Gürcüstanın 30 vətəndaşı Suriya və İraqda müxtəlif terrorçu qruplaşmaların tərkibində döyüşür. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçən il onlardan hansınınsa ölkəyə geri qayıtması barədə məlumat aşkarlamayıb.
Bir neçə il ərzində Gürcüstanın işğal altında olan Pankisi dərəsi adlanan bölgədən olan çeçen əsilli 20 nəfər Suriyada həlak olub. Öldürülənlərdən ən məşhuru səhra komandiri Tarxan Batiraşvilidir.
Belə ki, dünən Pankisidən olan 14 yaşlı daha bir gürcü əsilli çeçen Suriyada gedən döyüşlərdə həlak olub. Yeniyetmə uzun müddət imiş ki, valideynləri ilə birlikdə Suriyada yaşayırmış. Onun İŞİD-in yaxud hökumət qüvvələrinin tərkibində döyüşdüyü barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31