Rusiya Türkiyə üçün Suriyada sərhəd çəkdi - Gürcanlı
28 Dekabr 2018 12:18 DünyaRusiya da Türkiyənin Suriyada hərbi təsirinin artmasından narahatdır.
Bu sözləri türkiyəli siyasi yazar Zeynəb Gürcanlı Suriyada cərəyan edən son prosesləri şərh edərkən deyib.
O bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamalarında məhz İdliblə bağlı vəziyyətin üzərində dayanır və Türkiyənin bu bölgədən savayı ərazilərdəki hərbi təsirinin artmasının birmənalı qarşılanmadığına işarə verir:
"Rusiya Türkiyənin daha irəli getməsini istəmir. Rusiya XİN-nin belə bir açıqlaması var: Türk ordusu İdlibdə qanuni əsaslarla yerləşib. Bu, olduqca önəmli açıqlamadır. Rusiya sərhəd çəkdi. Türk ordusu İdlibdə qanuni yerləşdirilib, bəs digər yerlərdə?"
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31