İngiltərədən İsrailə sərt reaksiya: "Qəbuledilməzdir!"
28 Dekabr 2018 12:22 Dünyaİsrailin İordan çayının qərb sahilində yeni qanunsuz yaşayış məntəqələri tikmək barədə qərarı qəbuledilməzdir.
Bunu İngiltərə Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə Dövlət naziri Alisteyr Bört bildirib.
"Bu cür qərarlar beynəlxalq hüquq çərçivəsində qeyri-qanunidir və bu, İsrailin fələstinlilər ilə gələcəkdə hər hansı bir sülh sazişini riskə atır", - Bört qeyd edib.
Qeyd edək ki, İsrail hökuməti sözügedən ərazidə 2 min 191 yaşayış evinin inşası barədə qərar qəbul edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31