Ukrayna rəsmi Kiyevin icazəsi olmadan Krım yarımadasında qazıntılar aparan arxeoloqlara qarşı sanksiya tətbiq edib.
Bu barədə Ukraynanın Müvəqqəti işğal edilmiş ərazilər və məcburi köçkünlərlə iş üzrə naziri Vadim Çerniş deyib.
O bildirib ki, hökumət Krımda aparılan arxeoloji qazıntıları qanunsuz hesab edir və bu səbəbdən sanksiyalar tətbiq edib.
axar.az