S-400-lər düşmən raketlərini məhv etdi
28 Dekabr 2018 12:30 DünyaRusiya Cənub Hərbi Dairəsinin raket polkuna məxsus "Triumf" zenit raket kompleksləri şərti düşmənin raket-aviasiya zərbəsini dəf edib.
Bu barədə Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Təlimin planına əsasən, şərti düşmən Novosibirsk vilayətinin yerüstü obyektləri və infrastrukturuna aviasiya zərbələri endirməli idi. S-400-lərin növbətçi hissələri aviasiya hücumunu qeydə alıb və "rəqib"i raketlə məhv ediblər", - məlumatda bildirilib.
S-400-lər təlim-döyüş tapşırığını yerinə yetirərkən onları "Pansir-S1" zenit-raket kompleksləri qoruyub.
Təlim zamanı Mərkəz Hərbi Dairəsinin raket alayının hərbçiləri 40-a yaxın müxtəlif hədəfləri məhv edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31