ABŞ əvvəldən səhv etdi, Yaxın Şərq bizimdir – Səfəvi
28 Dekabr 2018 11:53 DünyaABŞ gərək Yaxın Şərqi tərk etsin.
Bunu İranın Ali dini liderinin hərbi məsələlər üzrə baş köməkçisi Yəhya Rəhim Səfəvi deyib.
"ABŞ Qərbi Asiyada hərbi kampaniya başlayaraq, səhvə yol verdi. ABŞ gərək Qərbi Asiyanı tərk etsin. Bu region bizə məxsusdur", - deyə o bildirib.
O, həmçinin İran, Çin, Rusiya və Hindistanı Şərqdə meydana gələn yeni dünya gücləri adlandırıb.
Səfəvi müasir İran-islam mədəniyyətinin Amerika liberalizminə qarşı olduğunu deyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31