Donald Tramp Braziliya prezidentinin inauqurasiyasına qatılmayacaq

ABŞ prezidenti Donald TrampBraziliya prezidentinin inauqurasiyasına qatılmayacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbərini mərasimdə dövlət katibi Mayk Pompeoəvəz edəcək.

"Dövlət katibi Pompeo dekabrın 31-dən yanvarın 2-dək Braziliya prezidenti Jair Bolsonarın inauqurasiya mərasimində (ABŞ-ın - red) nümayəndə heyətinə rəhbərlik edəcək", - deyə xəbərdə bildirilir. 

Braziliyada bir neçə ay əvvəl keçirilmiş prezident seçkilərində sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonar qalib gəlib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31