NASA-da rəhbər vəzifə tutan ilk qadın dünyasını dəyişib

ABŞ-ın məşhur alimi, "Xabbl teleskopunun anası" adlandırılan Nensi Qreys Roman vəfat edib.

Bildirilir ki, o, 93 yaşında dünyasını dəyişib.

Roman məşhur teleskopun hazırlanması ilə yanaşı, həmçininNASA-da rəhbər vəzifə tutan ilk qadın olub. O, 1949-cu ildəastronomiya üzrə elmlər doktoru dərəcəsi alıb. Roman karyerasına 1959-cu ildə başlayıb.

O, 1979-cu ildə NASA-nı tərk edib və kosmik uçuşlar üzrə Qoddard Mərkəzi ilə müqavilə əsasında çalışıb.

Onun məşhur "Xabbl" teleskopu 1990-cı ildə istifadəyə verilib. Bu, NASA ilə Avropa Kosmik Agentliyinin birgə layihəsi idi.

Daha əvvəl məlum olub ki, NASA Ayın orbitində kosmik stansiya quracaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31