Strasburq vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib
28 Dekabr 2018 11:38 DünyaStrasburqun dəmiryol vağzalı partlayıcı qurğu xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib.
Bildirilir ki, Milli Dəmir Yolları Şirkəti (SNCF) yerli vaxtla saat 18:15-də bomba təhlükəsi haqda məlumat alıb. Əraziyə gələn polis əməkdaşları dərhal vağzalın bütün sərnişinlərini təxliyyə ediblər vəpartlayıcı qurğunun axtarışına başlayıblar. Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Daha əvvəl Fransanın paytaxtı Parisdə də bomba həyəcanı ilə bağlı liseylər boşaldılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31