Siciliyada zəlzələyə görə fövqəladə vəziyyət tətbiq edilir

İtaliya hökuməti Siciliyada baş vermiş zəlzələyə görə fövqəladə vəziyyət tətbiq etmək niyyətindədir.

Bu barədə ölkənin Baş nazirinin müavini Luici Di Mayo bildirib.

Bu, zəlzələnin zərər vurduğu şəhərlərin rəsmi olaraq hökumətdən maliyyə yardımı alması üçün zəruridir.

Yardımın 5 maqnituda gücündə olan zəlzələ nəticəsində evləri dağılan Kataniya vilayətinin sakinlərinə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, zəlzələ Etna vulkanında yaşanan aktivliklə bağlıdır. Zəlzələ nəticəsində onlarla insan xəsarət alıb, 300-dən çox adam isə evini tərk etmək məcburiyyətində qalıb.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31