Nyu Yorkda transformator partladı, partlayışın işığı isə...

Nyu Yorkun Kuins rayonunda "Consolidated Edison" şirkətinə məxsus zavodda transformatorda partlayış baş verib. Bu barədə şəhər polisi xəbər yayıb.

Məlumata görə, partlayış baş verərkən şəhər işığa qərq olub. Partlayışdan sonra baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alanların olmadığı bildirilir.

Kuinsdə yerləşən hava limanında elektrik enerjisi təchizatında partlayış səbəbindən problem yaranıb. Bununla belə, aviareyslərin hərəkətində ləngimə və ya təxirə salınmalar müşahidə edilməyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31