Kalorisi çox olan yemək verən restoranlar cərimələnəcək - Qanun layihəsi

Restoran yeməkləri ilə bağlı qanun layihəsi hazırlanır.

Britaniyada yeni ildən sonra qəbul edilə biləcək qərara əsasən, restoran və kafelərdə yeməklərə kalori limiti qoyulacaq.

Belə ki, sendviç, pizza və başqa yeməklərin kalorisi normadan artıq olan restoranlar cərimələnəklər.

Yeni qaydalara əsasən, restoranlarda satılan pizzanın kalorisi 657-ni keçməməlidir.

Qeyd edək ki, insan xərclədiyi kaloridən artığını qəbul etdikdə həmin adamda piylənmə prosesi başlayır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31