Səudiyyə kralı XİN başçısını işdən çıxarıb, vəliəhd oğluna yeni vəzifə verib

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.

Kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.

Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.

Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufı da tutduğu vəzifədən azad edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31